ABŞ ordusunun göndəriləcəyi növbəti müsəlman ölkəsi Küveyt olacaq. Bu barədə dəqiq qərar verilməsə də, lakin Prezident Barak Obama Administrasiyası bu varianta üstünlük verir. Bu barədə Assoşeytd Press məlumat yayıb.
SalamNews RBK-ə istinadən xəbər verir ki, Vaşınqtonda qərara gəliblər ki, İraqdan Amerika ordusunun çıxarılmasından sonra, ölkədə vəziyyət ciddi gərginləşə bilər. Ona görə, Bağdada hökuməti müdafiə etmək üçün məhdud kontingent İraqa qonşu olan Küveytdə yerləşdiriləcək.
Gözlənilir ki, İraqda 5 minə yaxın əsgər qalacaq. Onlar bu ölkədə ordunu məşq etməyə davam edəcək. Məsələ, açıqlanıb ki, iraqlılar onlara Vaşınqtondan göndərilən tankları idarə edə bilmilər.