Peyğəmbəri təhqir etdiyinə görə, onu 3 aylıq həbs və cərimə gözləyir
Sudanda britaniyalı ibtidai sinif müəlliməsi oyuncaq ayıya Məhhəmməd adı verdiyi üçün həbs edilib. O İslam peyğəmbərini təhqir etməkdə günahlandırılır. Bu barədə təqsirləndirilənin işlədiyi orta məktəb məlumat yayıb. Saxlanılan Cilian Qibbonsun həmkarları bildiriblər ki, müəllimə məktəb proqramında planlaşdırıldığı kimi uşaqlara oyuncağa istənilən ad verməyi xahiş edib.
Onlar Qibbonsun təhlükəsizliyi üçün həyəcanlıdırlar, belə ki, Xartumda müəllimənin saxlandığı polis bölməsinin ətrafında kütlə toplaşmağa başlayır. Qibbons isə dünən bir neçə şagirdin valideynlərinin Təhsil Nazirliyinə şikayət ərizəsi verdikdən sonra saxlanılıb.