İran körfəzi dövlətlərində şiələrin təqibi davam edir. Qətərdə şiə təşkilatlarının fəaliyyətinə qadağa qoyulub.
SalamNews-un ABNA-ya istinadən verdiyi xəbərə görə, Qətər mətbuatında da şiə təriqətindən olan ölkə vətənbdaşlarına qarşı məqsədyönlü kampaniya aparılır. Ölkəyə xarici dövlətlərdən şiə alim və din xadimlərinin gəlməsi qadağan olunub. Şiə məscidlər və hüseyniyyələrin (ibadət evləri) fəaliyyətinə də ciddi nəzarət tətbiq olunur. Bu təriqətə mənsub şəxslərə kitabxana, dini ədəbiyyat və disklərinin satış məntəqələri açamğa qadağa qoyulub. Hətta şiə qəbirstanlıqları da təqib meydanına çevrilib. Vəhabilərin hakimiyyətdə olduğu Qətərdə şiələrin ölkədən sıxışdırılması siyasəti yürüdülür.