Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin (CJCSC) sədri, general Xaled Şameem Vaynın yaxın vaxtlarda Azərbaycana səfəri gözlənilir.
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Səfərin konkret tarixi açıqlanmasa da səfərin sentyabr ayının sonunadək baş tutacağı bildirilib.
Tanışlıq məqsədi daşıyacaq səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, general Xaled Şameem Vayn bu ilin əvvəlində CJCSC-in sədri təyin olunub. Ondan əvvəlki sədr general Tariq Məcid 2009-cu ilin oktyabr ayında Bakıda səfərdə olub.