Fələstinin müstəqil dövlət kimi tanınması məsələsi BMT Təhlükəsizlik Şurasının gündəliyinə çıxarılacağı təqdirdə Amerika Birləşmiş Ştatları Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, öz veto hüququndan məhrum ediləcək.
ABŞ, eyni zamanda BMT-yə daxil olan digər ölkələri də fələstinlilərin müstəqillik üçün müraciətlərinə neqativ cavab verməyə çağırır. ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uendi Şerman belə bir bəyanatla çıxış edib, - "İTAR-TASS" xəbər verir.
Prezident Barak Obama tərəfindən yaxın günlərdə ABŞ dövlət katibinin siyasi işlər üzrə müavini vəzifəsinə təyin edilmiş Şerman bildirib ki, prezident və dövlət katibi Hillari Klinton dünya ictimaiyyətini inandırmaq istəyir ki, bu müraciətə mənfi cavab verilməsi müsbət addım olacaq.
Şerman əlavə edib ki, Vaşinqton hesab edir ki, sionist İsrial rejimi ilə Fələstin arasında sülh yalnız Qərb dövlətlərinin idarəçiliyi ilə iki tərəf arasında birbaşa danışıqlar əsasında əldə edilə bilər.