Tanınmış amerikalı rejissor Oliver Staun sənədli film çəkilişlərini həyata keçirmək üçün yaxın üç həftə ərzində İranda olacaq. Onun oğlu Şon Staun isə artıq İrandadır və çəkilişlər üçün müəyyən yerlər seçir, - “MigNyus”a istinadən Deyerler.org xəbər verir.
Staun İran prezidenti Mahmud Əhmədinejad haqqında film çəkmək niyyətindədir. Məlumata görə, İran prezidenti ssenari haqqında tam məlumat aldıqdan sonra filmdə çəkilməyə razılaşıb.