Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan İsrailə texniki yoxlanış üçün göndərilən “Heron” pilotsuz təyyarələrin geri verilmədiyini söyləyib.
SalamNews-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Baş nazir Rəcəb Tayyib Ərdoğan İsrail ilə Türkiyə arasındakı əlaqələrlə bağlı deyib: “Aramızda problemler var, ancaq onların bu davranışı əxlaqa uyğun deyil. Bizim üçün əhəmiyyətli olan şərəfimizi, gürurumuzu heç kimə tapdatmamaqdır. Bunu heç nə əvəz edə bilməz”.