Oxucu sual verir: Təbatəbai seyyidlərinin şəcərəsi kimə bağlıdır və niyə onlara Təbatəbai deyilir?
Təbatəbai seyyidlərin əcdadı İbrahim Təbatəbadır. Onun bu ləqəbi alması barədə bəzi rəvayətlər var. Deyilənlərə görə, İbrahim dilindəki qüsura görə, “q” hərfini qalın “t” kimi tələffüz edir, geyinmək üçün qəbasını (üst geyimini) gətirmələrini istəyəndə “taba, taba” deyirmiş. İbrahim Təbatəba İmam Həsənin (ə) nəslindəndir: İbrahim Təbatəba ibn İsmail Diybac ibn İbrahim Ğəmər ibn Həsəni-müsənna ibn İmam Həsən Müctəba (ə). Təbatəbai seyyidlərin şəcərəsi İbrahim Təbatəbaya gedib-çıxır. Aşağıda adı çəkilən şəxsiyyətlər bu nəsildən çıxmışlar: böyük təfsir alimi və filosof, “Mizan” təfsirinin müəllifi Əllamə Təbatəbai, məşhur müctəhidlər Seyyid Əli Sahibi-“Riyaz”, “Ürvət əl-vüsqa” risaləsinin müəllifi Seyyid Mühəmmədkazim Yəzdi, Seyyid Möhsin Həkim, Seyyid Hüseyn Birucerdi, böyük ariflər Seyyid Mühəmmədmehdi Bəhrül-ülum və Seyyid Əli Qazı Təbatəbai və başqaları.