Oxucu sual verir: Əgər cənnət və cəhənnəm indi yoxdursa, Peyğəmbərimizə (s) merac zamanı cənnət və cəhənnəmdən səhnələr göstərilməsi necə izah edilir?
Əqidəmizə görə, insanlar qiyamət günündə dirildilib ilahi məhkəmədə hesabat verdikdən sonra əməllərindən asılı olaraq ya cənnətə, ya da cəhənnəmə aparılacaqlar. Bir kəsin məhkəmə olmadan indidən cənnət və ya cəhənnəmdə yerləşməsi düzgün deyil və mənasızdır. Ona görə də hazırda cənnətlə cəhənnəmin mövcud olmadığını söyləyirik.
Meracdakı hadisələrə gəlincə, bunlar Allah tərəfindən Peyğəmbərə (s) göstərilimiş, ibrət və misal xarakeri daşıyan mənzərələrdir. Ola bilər ki, Allah həmin mənzərələri yalnız o həzrətə göstərmək üçün yaratmışdır, yəni bunlar ibrətlik səhnələrdir. Səbəblərdən biri də bu ola da bilər ki, Allah-Taala üçün zaman məfhumu yoxdur, Allah əvvəl və sonra, səbəb və nəticə anlayışlarının fövqündədir. Bəlkə də bunun sayəsində Peyğəmbərimiz (s) Allahın hüzurunda cənnət və cəhənnəmi görə bilmişdir.