Misirli rəsmilərdən biri "Reusters"ə verdiyi açıqlamasında deyib ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Qəzzaya səfəri gözlənilmir. "Ərdoğanın Misirə səfəri sentyabr ayınnı 12-ə nəzərdə tutulub və səfər ayın 14-də də bitəcək. Səfər proqramında Ərdoğanın Qəzzaya getməsi planlaşdırılmayıb", - deyə rəsmi bildirib.
Ərdoğan Misirdə bu ölkənin Ali hərbi Şurasının rəhbəri Məhəmməd Hüseyn Tantavi, baş nazir Əssam Şərif və digər rəsmilərlə görüşü keçiriləcək. Görüşlərdə iki tərəfli əlaqələrin inkişaf etdirilməsinə dair müzakirələr aparılacaq. Bura həm iqtisadi, həm siyasi, həm də hərbi əlaqələr daxildir.