Türkiyənin Baş naziri Ərdoğanın Qəzzaya ziyarəti ilə bağlı "Hələ dəqiq deyil" şərhi İsrailin səlahiyyətli şəxsləri arasında çaxnaşmaya səbəb olub.
SalamNews-un “Milliyyət”ə istinadən verdiyi xəbərə görə, İsrail planlaşdırılan ziyarətdən əvvəl rəsmi Ankaranın Misirlə başladığı məsləhətləşmələrin qarşısını almaq məqsədilə hədələyib. Belə ki,
Ərdoğanın Qəzza ziyarəti ilə bağlı ilk reaksiya sabiq israilli diplomat Alon Lieldən gəlib.
“İndependent” qəzetinə açıqlama verən İsrailin Ankaradakı sabiq səfiri Alon Lielin qorxusunu açıq-aşkar bildirib: "Əgər Ərdoğan Qəzzaya girsə, Allah kimi qarşılanacaq". Səfir həmçinin İsrail və ABŞ-ın Ərdoğanın planlaşdırılan Qəzza səfərinə maneə törətmək üçün əllərindən gələni edəcəklərini də deyib.
Alon Liel Türkiyənin baş nazirinin səfərinin qarşısını almaq üçün işlərin davam etdirildiyini etirf edib: "İsrail və ABŞ Ərdoğanın planlaşdırılan Qəzza səfərinə maneə törətmək üçün əllərindən gələn səyi göstərəcəklərini söyləyib".
"Əgər misirlilər Ərdoğanın Qəzzaya Rəfah sərhəd qapısından girməsinə icazə versə, Türkiyə və Misir arasındakı əlaqələrdə yeni dövr başlayacaq”,- deyən Liel Misiri üstüörtülü təhdid edib: ''Əgər icazə verilsə, bu, bölgə diplomatiyasında dramatik istiqamət dəyişikliyi mənasını daşıyacaq”.