POPULYARXƏBƏRLƏR

Tərki-övla nədir?

Oxucu sual verir: Tərki-övla nədir?

“Tərki-övla” sözünün tərcüməsi “daha üstün olan bir hərəkəti tərk etmək” mənasını verir. Əsasən, şiə məzhəbinə aid kitablarda bu terminə rast gəlirik. Quranda və hədislərdə tərki-övla termini yoxdur. Şiə alimləri müqəddəs şəxslərin məsumluğu ilə bağlı qarşıya çıxan bəzi problemləri tərki-övla ilə həll etmişlər. Qurani-Kərimin ayələrində Həzrət Adəm, Musa, Davud, Yunus (ə) peyğəmbərlərlə bağlı bəzi məqamlar mövcuddur. Bu ayələrin zahiri mənası həmin peyğəmbərlərin günah və ya səhv etməsi anlamına gəlir. Lakin müsəlmanların bir hissəsinin əqidəsinə görə, peyğəmbərlər hər cür günahdan və səhvdən uzaqdırlar, bu, onların məsumluğu ilə ziddiyyət təşkil edir. Tərki-övla nəzəriyyəsinə görə, peyğəmbərlər iki yaxşı hərəkətin arasından daha yaxşısını deyil, ondan daha aşağı dərəcədə olan yaxşı əməli etmişlər. Buna görə də özlərini günahkar bilmiş və Allahdan bağışlanmaq diləmişlər. Tərki-övla sıravi insanlar üçün qətiyyən günah deyil, amma məsumlar bunu özləri üçün əskiklik saymışlar.

Məsələn, bir xeyriyyə tədbirinə bir fəhlə öz aylıq qazancından 100 manat pul köçürürsə, onun üçün böyük bir fədakarlıqdır. Amma bir biznesmen həmin xeyriyyə tədbirinə 100 manat versə, ona eyib sayılar, çünki statusuna, dərəcəsinə uyğun deyil. Halbuki, bu iki hərəkətin heç biri zərrəcə günah deyil, əksinə, savab işdir. Sadəcə, kimin bu əməli etməsindən asılı olaraq savabı dəyişir. Həmin biznesmen daha böyük məbləğ verməklə daha çox savab qazana bilərdi, amma bundan məhrum oldu. Məsumlar da daha böyük savab qazanmaq imkanını itirdikləri üçün peşman olub istiğfar etmişlər. Bir daha qeyd edək ki, tərki-övla nəzəriyyəsi müsəlmanların bir hissəsi tərəfindən qəbul edilir və hamı bu mövqeyi dəstəkləmir.



Yerləşdirilib:23 Fevral, 2018  10:14, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Noy.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com