ABŞ-ın müdafiə naziri Leon Panneta bildirib ki, ölkə rəhbərliyi qoşunların İraqda qalması müddətini uzatmaqla bağlı dəqiq qərara gəlməyib.
SalamNews-un RBK-ya istinadən verdiyi xəbərə görə, daha öncə şimali İraqın Kürd muxatriyyyətinin lideri Məsud Bərzani ABŞ-ı qoşunlarını bütövlükdə İraqdan çıxarmamağa çağırıb. O, bunu ölkədə hələ də vətəndaş müharibəsi təhlükəsinin qalması ilə əsaslandırıb.
"İraq qüvvələri ölkədə təhlükəsizliyi təmin iqtidarında deyil. İraq ordusu hələ ölkə sərhədlərini qoruya bilməz, HHQ isə ümumilikdə heç nəyə malik deyil",- Bərzani deyib.
Bildirək ki, Vaşinqtonla Bağdad arasında əldə olunmuş razılığa əsasən 2011-ci ilin sonunadək İraqda 46 min ABŞ hərbçisi qalacaq. Ümumilikdə isə, İraqda qalacaq 150 minlik koalisiya qoşunu bu ölkənin təhlükəsizlik qüvvələrinin hazırlanmasında və onlar üçün silah və texnikanın alınmasında kömək göstərəcək.