Suriyanın Homs şəhərinə ordu və hərbi texnika yeridilib. Yerli hüquq müdafiəsi təşkilatlarının yaydığı məlumata görə, kütləvi nümayişlərin yatırılması zamanı Homsda 3 dinc nümayişçi öldürülüb.
SalamNews-un "Reuters"ə istinadən verdiyi xəbərə görə, nümayiş fəallarından biri deyib: "Homs bölgəsində mobil telefonlar və internet işləmir. Tanklar əsasən sünni əhalinin yaşadığı kvartalları atəşə tutub".
Verilən məlumatlara görə, tanklar Bab Tadmur, Varşa və Bab Dreyb rayonlarına daxil olublar. Əl-Xadər rayonunda da atəş səsləri eşidilir.