Almaniyanın Rheinmetall Defence müdafiə şirkəti İsrailin Israel Aerospace Industries (IAI) şirkəti ilə birgə pilotsuz kompleks WABEP-i sınağını uğurla həyata keçiriblər.
SalamNews-un lenta.ru-ya istinadən verdiyi xəbərə görə, sınaqlar zamanı 2 şirkətin mütəxəssisləri Rheinmetallın pilotsuz kəşfiyyat modulu KZO və Israel Aerospace Industries-ə məxsus yüksəkdəqiqlikli hərbi modul Harop-un qarşılıqlı fəaliyyətini yoxlayıblar. Məhz bu 2 aparat WABEP-in (Uzaqdan fərdi və dəqiq hədəflərin məhv edilməsi sistemi) tərkib hissələridir.
Sınaq uçuşu zamanı hər 2 komponentin dəqiq qarşılıqlı fəaliyyəti həyata keçirilib. KZO müşahidə edilmiş hədəflər barədə Harop moduluna xəbər ötürüb, o isə öz növbəsində məlumatı qəbul edərək idarəetmə məntəqəsinə hədəfi məhv etməyə hazır olduğunu çatdırıb.
Sınağın növbəti mərhələsi, WABEP-in imkanlarının bundesver qüvvələri üçün nümayişi olacaq.