Avropa Şurası İranın təklifini qəbul edib. Təklifin əsas məğzi isə, İran MAQATE-yə öz nüvə proqrammına 5 ildə nəzarət etmək imkanı yaradacaq, o şərtlə ki, BMT-nin qoyduğu sanksiyaları tamamilə aradan qaldıracaq. Bunun barədə İranın xarici əlaqələr komitəsinin parlament rəhbəri Heşmətullah Fəlahətpiş bəyan edib.
SalamNews MehrNews-a istinadən xəbər verir ki, İranın “altılıq” beynəlxalq vasitəçilərin danışıqlar prosessinə düzəliş daxil etmək salahiyəti var. Komitənin parlament rəhbəri deyib ki, İran uzun müddətdi ki, MAQATE ilə əməkdaşlıq edir. Son hadisələrə görə, “altılıq” və İran arasında münasibət “diplomatik mərhələyə daxil olmaq məcburiyyətində olublar”.
Fəlahətpiş bildirib ki, “İranın hərakətləri Beynəlxalq nüvə konvensiya çərçivəsindədi. Zəmanətə gəldikdə isə İran MAQATE-dən ancaq alır”. Həmçinin əlavə etdi ki, son vaxtlar İİR və MAQATE arasında münasibələtlər elə də yaxşı deyil.
İranın parlament üzvü bəyan edib ki, “(MAQATE-nin baş direktoru) Yükiya Amano Təhlükəsizlik Şurasının diktası ilə hesabat hazırlayır. Hazırda onu daha çox Təhlükəszilik Şurasının qətnaməsi maraqlandırır. Bu MAQATE-nin diplomatiyasının etibarsızlığına qətirib çıxarıb”.
MAQATE-nin sentyabrın 12-16 keçirilən iclasda, ekspertlərin hesabatı müzakirə olunacaq.