İran prezidenti Mahmud Əhmədinejad yeni açıqlamaları ilə ictimaiyyəti təəccübləndirib.
SalamNews-un “Fars” agentliyinə istinadən verdiyi xəbərə görə, prezident “Elmdən əmələ” konfransında insanın elmi qüdrətindən danışıb.
O deyib: “Insan Allahın Yaradan sifətinin güzgüsüdür. Allahın yaratdıgı bütün şeyləri insan yarada bilər". Prezidentin bu çıxışı ictimaiyyətdə etirazlara səbəb olub.
Qeyd edək ki, Qurani-Kərim yaradılış barədə buyurur: “Onlar bir milçəyi yarada bilməzlər, hətta hamısı bunun üçün yığışsalar belə (“Həcc” surəsi, 73).