BMT Liviyanın Milli Keçid Şurasına (MKŞ) demokratik seçkilərin keçirilməsi, ədliyyə sisteminin formalaşmasına, milli barışığa nail olmasına və post-konflikt dövrdə bir sıra məsələlərin həllində yardım edəcək.
APA-nın verdiyi xəbərə görə, bu barədə BMT-nin Liviya üzrə baş katibinin xüsusi nümayəndəsi Yan Martin məlumat verib.
Onun sözlərinə görə, artıq Liviyanın Milli Keçid Şurası, BMT-nin köməyi ilə reallaşacaq dəqiq prioritetləri müəyyən edib. Bu, azad və demokratik seçkilərin təşkil edilməsi və keçirilməsinə dəstəyi, milli barışıq səylərinə paralel olaraq insan hüquqlarının pozulmasına görə qanun qarşısında məsuliyyətin təmin olunmasını nəzərdə tutur. Yan Martin bildirib ki, MKŞ-ı BMT-nin bu prosesdə tərəfdaş olmasını istəyir.