Yəmənin hərbi təyyarələri bir məscid, bir xəstəxana və bir polis idarəsini bombardman edib.
Hadisə nəticəsində onlarla insan həlak olub.(dunyabulteni) Yəmənli yerli rəsmilərdən olan Məhəmməd Hüseyn Nasir bölgədəki müxalif qruplara istiqamətli əməliyyatların davam etdirildiyini və bu çərçivədə hərbi hava qüvvələrinin müxalif düşərgələri bombaladığını deyib. O, əlavə edib ki, hərbi hava qüvvələri məscid, xəstəxana və polis idarəsini "səhvən" bombalayıb. Rəsmi həlak olanlar və yaralananların sayı barədə dəqiq məlumat verməyib. Hadisə şahidlərinin verdiyi məlumata görə, məscidin bombalanması nəticəsində ən azı 7 nəfər həlak olub, onlarla insan yaralanıb.