İsrail rejiminin Milli Bankının sədri Stanley Fisçer Türkiyənin İsrail rejimi ilə diplomatik əlaqələri kəsməsindən sonra ilk dəfə çıxış edib və çıxışı zamanı maraqlı ifadələr işlədib.(
.(ensonhaber) Təl-Əviv şəhərində təşkil olunan "İqtisadiyyatda Regional Əməkdaşlıq" adlı konfransda çıxışı zamanı deyib ki, Türkiyə ilə ticarət əlaqələrinin kəsilməsi İsrail rejiminə çox baha başa gələ bilər. "Türkiyə iqtisadiyyatı İsrail iqtisadiyyatından böyük və çoxşaxəlidir. Türkiyənin iqtisadiyyatı son dövrdə sürətlə inkişaf edir. Türklər çox işgüzardırlar və onlar Avropa təhsilinə sahibdirlər. Türkiyə yaxın zamanda regionda böyük bir bazar olacaq və həm də bölgənin ən böyük ixracatçı ölkəsinə çevriləcək. Türkiyə ilə ticari əlaqələrin kəsilməsi İsrail rejiminə baha başa gələ bilər".
/Deyerler.Org/