Ötən gün sionist İsrail rejimin qondarma baş naziri sionist dairələrində ciddi tənqidlərlə qarşılanan kobud səhvə yol verib. Keçmiş cəllad baş nazir Ariel Şarondan xatirələrini danışan Netanyahu söhbətinin sonunda – “ruhu şad olsun” ifadəsi işlədərək, onun öldüyünü bildirib, - “MigNyus” xəbər verir.
Netanyahunun səhvi ona dərhal işarə edilib. Törətdiyi cinayətlərdən başını itirən Netanyahu isə həmin vaxt Şarona “uzun ömür” diləyib.
Fələstin xalqına qarşı yüzlərlə qanlı cinayətin banisi olan Şaronun oğlu Omri Şaron isə bildirib ki, onun üçün Netanyahunun dediyinin heç bir fərqi yoxdur.
Qeyd edək ki, artıq bundan öncə sionist rəhbərliyi koma vəziyyətində olan Şaronun müalicə xərclərinin böyük hissəsini ödəməkdən imtina edib.
/Deyerler.org/