Suriyada siyasi gərginliyin davam etdiyi bir dövrdə İran hökuməti ölkədə hakimiyyət və müxalifət arasında dioloqun yaradılmasına çalışır.
Yayılan məlumatlara görə, İran Bəşər Əsəd hökuməti ilə müxaliflərə bir araya gələrək ölkədə baş qaldıran siyasi böhranı birgə həll etməyə çağırıb.(dunyabulteni)
Bu arada Rusiya hökuməti də suriyalı müxalifləri qəbul etməyə hazırlaşır. Suriyadakı müxalif qrupların bir qrup təmsilçisi yaxın günlərdə Rusiyaya gedəcək. Görüşlərdə Suriyadakı son siyasi vəziyyət və yaranmış vəziyyətdən çıxış yolları müzakirə olunacaq.
/Deyerler.org/