İsrailin Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi, siyasi təhlükəsizlik bölməsinin rəhbəri Amos Gilad Türkiyə ilə İsrail əlaqələrinin tamamilə kəsilməsinin mümkün olmadığını söyləyib.
kəsilməsinin mümkün olmadığını söyləyib.
SalamNews-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, o, İsrail radiosuna verdiyi müsahibədə iki ölkə arasındakı diplomatik əlaqələrin səviyyəsinin aşağı salınması qərarınından sonra İsrail hərbi ataşesinin Türkiyədə qalacağını və işlərini davam etdirəcəyini, bu mövzuda deyilənlərin doğru olmadığını söyləyib.
A.Gilad “ərəb baharı”nın müharibəyə çevriləcəyi barədə fikrinə cavab verərkən deyib ki, bu barədə deyilən sözlərin çox mənasızdır və doğru deyil. İsraildə təhlükəsizliyin səviyyəsi çox yüksəkdir.