Fələstinin Milli Administrasiyanın rəhbəri Mahmud Abbas söz verib ki, əgər BMT-də Fələstini müstəqil ölkə kimi tanısalar, o, İsrail ilə danışıqlar aparmağa başlayacaq. “Haares” qəzetinin veridiyi məlumata görə, bunu Ramallahda Mahmud Abbas İsrail ziyalısı ilə görüşdə bəyan edib.
Abbas deyib ki, biz İsrailin qanuniləşdirilməsini istəmirik, biz sadəcə, öz legitimliyimizi əldə etmək istəyirik. Biz İsraili tədric etmək istəmirik, əksinə, biz onlarla sülh və təhlükəsizlik şəraitində yaşamaq istəyirik.
Onun sözlərinə görə, BMT-də Fələstinin müstəqil ölkə kimi tanınmasından sonra, növbəti addım danışıqlar masasına qayıdıb “sülh müqavilənin son nəticələrini” müzakirə etməkdir.
SalamNews İTAR TASS-a istinadən xəbər verir ki, “danışıqlar bizim üçün birinci, ikinci və üçünçü priopitet hesab olunur” – Abbas bildirib ki, BMT-də nə baş verməsindən asılı olmayaraq, biz İsrail ilə danışıqlara qayıtmalıyıq.
Fələstin administrasiyasının rəhbəri söyləyib ki, Fələstin və İsrail tərəfləri “artıq terrorizmin qarşısının alınması və sakit mühiti qorumaq üçün əlverişli əməkdaşlıq var”.
Abbas söz verib ki, hakimiyyətə olduğu müddətdə “bu iş davam etdiriləcək və təhlükəsizlik mövzüsu üstün olacaq”.