Oxucu sual verir: Əyyami-Fatimiyyə nədir?
Həzrət Fatimənin (ə) dəqiq şəhadət günü bəlli deyil. Bəzi rəvayətlərə görə o, atasının (Həzrət Mühəmməd Peyğəmbərin (s)) vəfatından 40 gün sonra, bəzi rəvayətlərə görə 75 gün sonra, bir sıra xəbərlərə görə isə 95 gün sonra şəhid olmuşdur. Son iki nəzəriyyə daha mötəbər sayılır. Ona görə də Həzrət Zəhranın (ə) şəhadəti cəmadiyül-əvvəl ayının 13-də və cəmadiyül-axır ayının 3-də qeyd edilir. Bu iki tarix arasındakı 20 günlük müddətə əyyami-Fatimiyyə, yəni Fatimə günləri deyirlər.