Oxucu sual verir: Cinsi əlaqədən sonra birbaşa qüsl alınmalıdır yoxsa qüsldən əvvəl hansısa hazırlıq görülməlidir?
Cinsi əlaqədən sonra ibadətləri yerinə yetirə bilmək üçün cənabət qüslü alınmalıdır. Cənabət qüslünü cinsi əlaqədən dərhal sonra almaq vacib deyil. Amma qüsldən əvvəl bəzi məsələlərə diqqət yetirmək lazımdır. Birincisi, qüsldən əvvəl sidiyə getmək məsələhətdir. Bu, sidik kanalında məni qalıqlarının qalmaması üçün edilir. Sidiyə getdikdən sonra şəriətdə nəzərdə tutulmuş şəkildə istibra adlı əməl yerinə yetirilməlidir. Sidiyə getmədən və istibra etmədən alınan qüsl də səhihdir. Amma qüsldən sonra sidik kanalından maye gəlsə, nəcis hökmünü daşıyacaq. Əgər cinsi əlaqədən sonra insan sidiyə getməsə, qüsldən sonra maye gəlsə, bu maye məninin qalığı sayılacaq və qüsl batil hökmündə olacaq. Əgər sidiyə getsə, amma istibra etməsə, gələn maye sidiyin qalığı hesab ediləcək və bu zaman bədənin bulaşmış yerlərini, alt paltarını pak etmək, daha sonra dəstəmaz almaq lazım gələcək.