Bu gün İranın Hərbi Dəniz Qüvvələrinin «Fədayan-e-Xərimə Velayete Ş» məxfi adı altında genişmiqyaslı təlimləri başlayıb. Bu barədə ölkənin Hərbi Hava Qüvvələri komandanlığı məlumat verib.
SalamNews-un Mehrnews-a istinadən verdiyi xəbərə görə, təlimlər 10 gün davam edəcək və 4 mərhələdən ibarət olacaq. Hərbi təlimlərdə qırıcı, qırıcı-bombardmançı, yük və nəqliyyat təyyarələri, o cümlədən F-4, F-5, SU-24, MİQ-29 və S-130 təyyarələri iştirak edəcək.