Liviya milli keçid şurası Liviya diktatorunun oğlanlarından biri Xamis Qəzzafinin ölməsi faktını təsdiq edib
Məlumata görə, Xamis Qəzzafi Tirpoli uğrunda gedən döyüşlərdə həlak olub və Bani Valid yaxınlığında basdırılıb. Bundan başqa Liviyanın kəşfiyyat idarəsinin başçısının oğlu Andulla əl-Sənusi-Məhəmmədin də ölməsi barədə sübutların olması bildirilir.
Əlcəzair də Liviya ilə olan sərhədlərini bağlayıb. Əlcəzair tərəfi bu addımı Liviya tərəfindən kimsənin sərhədi qorumadığı üçün atdıqlarını iddia edir.
Birləşmiş Milllətlər Təşkilatının rəsmi nümayəndəsi Yan Martin Tripolidə Liviya milli keçid hökuməti ilə bir araya gəlib. Görüşdən sonra mətbuat konfransında Liviya milli keçid hökumətinin daxili işlər naziri Əhməd Darrat BMT nümayəndəsi ilə görüşün faydalı olduğunu və Liviya tərəfinin ölkədə milli təhlükəsizlik xidmətini yenidən qurmaq istədiklərini bildirib. Əhməd Darrat həmçinin Keçid hökumətinin ölkədə asayişi bərpa etmək üçün çalışdıqlarını vurğulayıb. ANS PRESS