Türkiyənin döyüş təyyarələri bu səhə Türkiyə-İran-İraq sərhəd üçbucağında olan Hakurk bölgəsində kəşfiyyat uçuşları etdikdən sonra bombalama əməliyyatı aparıb.
İraq prezidenti Cəlal Talabaninin lideri olduğu Kürdüstan Vətənpərvər Birliyinin internet saytı bu səhər İraqın hava sahəsinə girən Türkiyə bombardmançılarının PKK terrorçularının gizləndiyi Hakurk, Sidekan, Sinin, Lolan bölgələri üzərində kəşfiyyat uçuşu etdiyini və təxminən 1 saat sonra bu bölgələri havadan bombaladığını yazıb. Havadan bombalanan bölgənin İranın PJAK-a (PKK-nın İran qolu) istiqamətli başlatdığı əməliyyatların reallaşdığı bölgələrə yaxın olduğu ifadə edilir.
Türkiyə ordusunun Şimali İraqdakı PKK düşərgələrinə istiqamətli hava əməliyyatları sürərkən, İran ordusunun PJAK üzərinə Şimali İraq torpaqlarında başlatdığı və daha çox Şam dağı ətəklərini əhatə edən quru əməliyyatı və artilleriya hücumu sürür. Şimali İraqdakı rəsmi qaynaqlar, İran artilleriyasının bir peşmergə bazasını vurduğunu açıqlayıb. İran topçularının hədəfi olan Suneya kəndindəki bir peşmergə bazasında tələfat olmayıb. İran ordusunun iki gündən bu yana Zövqə, Alyereş və Şənə kəndlərinin çölü ilə Şam bölgəsini bombaladığı bildirilir. İranın hücumlarını artırmasından sonra PKK dünən İrana qarşı döyüşəcəklərini ifadə edib.
musavat.com