Türkiyənin Şanlıurfa şəhərində hicablı qız uşaqlarının məktəblərə gəlməsi üçün çağırış edilib. İnsani Haqq və Azadlıqlar Platforması tərəfindən təşkil edilən aksiyada yeni dərs ilindən etibarən hicablı uşaqların dərslərdə iştirakına rəsmən icazə verildiyindən qız övladlarının məktəblərə gətirilməsi üçün valideynlərə müraciət olunub.
Aksiyanın sonunda yayımlanan bəyannamədə deyilir: "Hicablı olduqlarına görə dərslərə buraxılmayan övladlarımızın təhsil haqqını əllərindən alanlar sabah Allahın hüzurunda necə cavab verəcəklər? Oxumaq onların da haqqı deyilmi? Hanı qadın kişi bərabərliyi? Hicab İslamın əmridir və insan haqqıdır. Bu haqqın insanların əlindən alınması və ya qadağan olunması insan haqlarına, hüquqa və inanc azadlığına vurulmuş bir zərbədir Yeni dərs ilindən etibarən
qız övladlarınızı hicablı şəkildə dərsə aparın və bilin ki, qanun sizin tərəfinizdədir. Övladlarınızla birlikdə məktəbə gedin və bu problemin həllinə nail olun"