Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam İsrailər əməkdaşlıq təklif edib. Sentyabrın 5-də "The Jerusalem Post" qəzeti xəbər verir ki, Liviya liderinin oğlu İsrail tərəfinə sülh müqaviləsi imzalanacağı barədə və çavuş Hilad Şalitanın azad olması barədə danışıqlar aparmağa söz verib.
SalamNews lenta.ru-a istinadən xəbər verir ki, nazir müavini Əyyub Harunun qəzetə verdiyi məlumata görə, onun Seyf əl-İslamla Avstriyada ümumi tanışları var və onlar Liviyada iğtişaşların başlanmasından əvvəl çavuş Şalita barədə danışıqlar aparmağa müraciət ediblər. Bir aya yaxındır Seyf əl-İslam onunla əlaqə qurub və israil çavuşun azad olunması barədə danışıqlar aparıb. Seyf əl-İslam ümüd edir ki, çavuşun azad olunmasından sonra, Qəddafinin rejimi NATO tərəfindən təzyiqindən azad olacaq. Nazir müavini danışıqlar barədə razılığa gələ bilərdi, lakin İsrail rəhbərliyi ona Liviyaya səfər etməyə qadağa qoyub.
Hara bəyan edib ki, “mən onlara dedim, sazişi hökumətə çatdıracam ki, onlar bunla nə edəcəyinə qərar versinlər. Lakin o vaxtan Liviyada vəziyyət gərginləşdi".
O, Qəddafinin oğlu ilə danışıqlar barədə DƏ danışıb. Danışıqları Londonda buraxılan ərəb qəzeti "Asharq Al-Awsat"da çap olunub. Hara deyib ki, bu danışıqlar barədə nəşriyyata heç bir məlumat ötürməyib və jurnalistlərin bu xəbəri necə əldə etdiklərini bilmir