İslam İnqilabının Mühafizə Korpusu İraqla sərhəddə 22-yə yaxın kürd döyüşçüsünü öldürüb. Əməliyyat zamanı 27 döyüşçü xəsarət alıb. Bu barədə France-Press agentliyi İranın dövlət televiziyasına istinadən xəbər verib.
İRNA agentliyinə müsahibə verən Mühafizə Korpusunun polkovniki Həmid Əhməd bəyan edib ki, ölənlərin və yaralıların ümumi sayı 30 nəfərdir. Bundan əvvəl xəbər verilirdi ki, Mühafizə Korpusunun iki döyüşçüsü qətlə yetirilib.
SalamNews lenta.ru-a istinadən xəbər verir ki, İranda “Kürdistanın Azad Həyatı Partiyası”na (PJAK) qarşı əməliyyat sentyabrın 2-də yenidən bərpa olunub. Əməliyyat iyulda başlayıb, lakin avqusta müqqədəs Ramazan ayı müddətində dayandırılıb.