POPULYARXƏBƏRLƏR

QURAN – ən böyük möcüzə

Əbu Hureyrə Rəsulullahdan belə rəvayət edir: "Elə bir peyğəmbər yoxdur ki, ona bir möcüzə verilməsin. Şübhəsiz, mənə verilən möcüzə Allahın mənə vəhy etdiyi Qurandır. Ümid edirəm, qiyamət günü mən ən çox ümməti olan peyğəmbər olacağam" (Səhih, Buxari).
Əziz müsəlmanlar!

Bu günkü xütbəmizin mövzusu müqəddəs kitabımız Qurani-Kərim haqqındadır. Qurani-Kərim insanlara hidayət yolunu göstərərək onları dünya və axirət səadətini nəsib etmək üçün Allah tərəfindən göndərilən ilahi kitabdır. Bu kitab, səmavi kitablar zəncirinin Xatəmu'l-Ənbiyaya, yəni sonuncu peyğəmbər Həzrəti Muhəmmədə 23 il ərzində ayə ayə, surə surə nazil olunmuş son həlqəsidir. Bu kitab hər cür təhrifdən və dəyişdirilmədən qorunmuş, bəşəriyyətin həqiqi səadətini təmin edəcək hökmləri, məsələləri, qayda-qanunları əhatə edən bir kitabdır. Müqəddəs kitabların ən fəzilətlisi və sonuncusudur.

Qurani-Kərim, həm ifadə, həm də məna etibarilə möhtəşəm və əbədi bir möcüzədir. Onun əbədi incəliklərinin, gözəl ifadə üslubunun və daşıdığı mənaların ölçüsü yoxdur. Bu günə qədər heç kim onun ən qısa ayəsinin və ya surəsinin bir oxşarını gətirə bilməmiş, heç vaxt da gətirə bilməyəcəkdir. O, səmavi bir fəsahət və bəlağət mücəssəməsidir.

Hörmətli möminlər!

Şübhə yoxdur ki, ilahi bir möcüzə olan Quran nə ifadə, nə də məna etibarilə şeir xüsusiyyəti daşımır. Çünki şeir tamamilə insan beynini məhsuludur. Halbuki Quranın həm mübarək kəlamları, həm də mənaları ülvidir, ilahi vəhyin məhsuludur. Orada heç bir bəşəri təsir və əlavə yoxdur.

Quranın özünəməxsus üslubuna xas olan axıcılıq və təsir gücü səbəbilə hələ ilk dövrlərdən kafirlər Həzrəti Peyğəmbəri şair, Quranı isə şeir adlandırmışlar. Uca Allah bu iftiraya "Biz ona şeir öyrətmədik və bu ona heç yaraşmaz da. Ona vəhy olunan ancaq öyüd-nəsihət və açıq-aşkar Qurandır" (Yasin, 69) ayəsi ilə cavab vermiş, beləcə nazil etdiyi son kitabı və onun müqəddəsliyini qəbul etməyən münasibəti və zehniyyəti rədd etmişdir.

Dəyərli müsəlmanlar!

Quranın müxtəlif dillərə tərcümələri tam olaraq Quran olmasalar da, onun daşıdığı ilahi mesacları müəyyən ölçüdə əks etdirdikləri üçün onlar da müqəddəs sayılırlar. Lakin Quran tərcümələrini insan beyninin məhsulu olan adi kitablarla bir tutmaq yanlış və təhlükəlidir.

Buna baxmayaraq, Quranın tərcüməsinin də oxunması ibadət sayılır. Ona görə də, Quran tərcümələrinə, hətta içində Qurandan ayə olan başqa kitablara diqqətlə yanaşmalı, onları natəmiz yerlərdə saxlamamalı, başqa kitabların altına qoymamalı, bacardığımız qədər onlara təmiz halda toxunmalı, əlimizdə gəzdirərkən qurşaqdan aşağı tutmamalıyıq. Bəzi yerlərdə Quran tərcümələrinin, hətta oricinal Quranların belə natəmiz yerlərdə satılması arzuolunmaz haldır. Unutmayaq ki, əlimizdəki kitab "Bu Quran haqqla nahaqqı ayırd edən kəlamdır. O, oyun-oyuncaq deyildir" (Tariq, 13-14) buyuran sevimli Rəbbimiz tərəfindən göndərilib və hamımızın yeganı xilas yolu bu kitabdan keçir.

Əziz müsəlmanlar!

Bütün insanları vəhdətə, qardaşlığa, birlik və bərabərliyə dəvət edən bu Quranın hikmət dolu hökmlərini olduğu kimi qəbul etmək, bütün məzmununa tam şəkildə riayət etmək bütün bəşəriyyət üçün ən müqəddəs vəzifədir. Gəlin bu vəzifəmizi unutmayaq və hər bir dərdimizə şəfanı Quranda axtaraq. Axı bir hədisdə də buyurulduğu kimi, "ən xeyirli dərman – Qurandır".

Aqil HACIYEV ([email protected])

 



Yerləşdirilib:23 Noyabr, 2007  10:30, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com