Oxucu sual verir: Ölünün kəfəni dəfndən əvvəl qana və ya nəcasətə bulaşsa, nə etmək lazımdır?
Ölünün dirilər üzərində son vacib haqqı budur ki, onu şəriətə uyğn şəkildə qüslləyib kəfənə büksünlər, ona cənazə namazı qılıb dəfn etsinlər. Bu əməllər dinimizin göstərişlərinə tam uyğun şəkildə yerinə yetirilməlidir. Mərhum şəxs dəfn olunarkən büküldüyü kəfən pak olmalıdır, əgər nəcasətə bulaşsa, dəfn düzgün sayılmaz. Bəzən mərhumun ölümqabağı xəstəliyindən və sairə hallardan asılı olaraq cənazədən qan ya nəcasət gəlir və kəfəni bulayır. Şəriətimiz bu kimi halların qarşısını maksimum səviyyədə almaq üçün dəfni yubatmamağı və mümkün qədər tez zaman ərzində yerinə yetirməyi tövsiyə edir. Əgər bu kimi hallar baş verərsə, kəfənin bulaşmış hissəsini yuyub pak etmək,ya da kəsib götürmək lazımdır. Əgər bu mümkün olmasa, kəfəni təzələmək və bundan sonra cənazəni dəfn etmək lazımdır.