“APA-ECONOMICS”in İSNA-ya istinadən xəbərinə görə, sentyabrın 3-də gecə ölkənin milli elektrik şəbəkəsinə qoşulan
Bakı - APA-ECONOMICS. İranın ilk atom elektrik stansiyası (AES) olan Buşəhr AES istehlakçılara elektrik enerjisi verməyə başlayıb.
“APA-ECONOMICS”in İSNA-ya istinadən xəbərinə görə, sentyabrın 3-də gecə ölkənin milli elektrik şəbəkəsinə qoşulan AES-in gücü hazırda 60 MVt-dır. Məqsəd isə bu rəqəmi 1000 MVt-a çatdırmaqdır.
Buşəhr AES-in elektrik şəbəkəsinə rəsmi qoşulma mərasimi sentyabrın 12-nə planlaşdırılır. O vaxtadək mütəxəssislər bütün zəruri testləri həyata keçirəcəklər.
Qeyd edək ki, 1992-ci ildə tikintisinə başlanan Buşəhr AES Rusiyanın ciddi köməyi ilə tikilib. 1970-ci illərdə AES-in tikintisinə alman mütəxəssisləri qoşulmaq istəyib, lakin 1979-cu il İslam inqilabından sonra onlar fikirlərini dəyişiblər.