Oxucu sual verir: Haqqullah və haqqunnası pozan adamın tövbəsində fərq varmı?
Haqqullah Allahın haqqı, haqqunnas isə insanların haqqı deməkdir. Hər iki haqqı pozmuş insan mütləq tövbə etməli, Allahdan bağışlanma diləməlidir. Allahın haqqı bəndə ilə Allah arasında olan məsələlərə aiddir. Məsələn, insan namaz qılmırsa, oruc tutmursa, bu zaman Allahın haqqını pozmuş olur. Haqqunnas isə başqa insanların hüququnun pozulması ilə nəticələnən əməllərə aiddir. Məsələn, insan başqasına yalan danışır, onun qeybətini edir, kimisə incidir, malını qəsb edir və s. Haqqunnası bağışlatmaq üçün hər şeydən əvvəl haqqı pozulmuş adamdan halallıq almaq lazımdır, yalnız bundan sonra tövbə edib Allahdan bağışlanmaq diləmək olar. Haqqunnası pozan adam zərərçəkmiş şəxsdən halallıq almayınca tövbəsi qəbul olmaz və günah onun boynunda qalar.