Suriyanın Xama şəhəri yaxınlığında yaraqlıların təşkil etdikləri hücum zamanı altı hərbçi və üç dinc sakin həlak olub.
SalamNews-un “Vesti”yə istinadən verdiyi xəbərə görə, daha 17 nəfər yaralanıb. Hücum edən tərəf də itki verib. Cavab atəşi ilə 3 yaraqlı öldürülüb.
Suriya hökuməti ölkədə baş verən iğtişaşlarda silahlı qruplaşmaları ittiham edir. Lakin hüquq müdafiəçiləri meydana gələn qarşıdurmada prezident Bəşər Əsədin günahkar olduğunu bildirilər. Onların hesablamalarına görə, 2011-ci ilin martından bu günə qədər ölkədə 1700 nəfər qətlə yetirilib