Bu gündən etibarən BMT Təhlükəsizlik Şurasına sədrlik Livanın BMT-dəki daimi səfiri Navaf Salama keçir, - “Lenta” xəbər verir.
Jurnalistlər üçün keçirdiyi brifinqdə o bildirib ki, sentyabr ayının ən böyük hadisəsi Baş Assambleyanın 66-cı sessiyasının açılması olacaq. Sentyabr ayında Şuranın gündəliyində eyni zamanda digər məsələlərin də olacağı bildirilir. Şura üzvləri Liviyadakı vəziyyəti izləyəcək, Somali, Haiti və Əfqanıstandakı vəziyyəti müzakirə edəcək. Səfirin sözlərinə görə, sentyabrda gözlənilən ən böyük hadisə Fələstin dövlətinin tanınması üçün Baş Assambleyaya müraciəti olacaq.
Navaf Salam qeyd edib ki, Şuraya heç bir müraciət hələlik daxil olmasa da, Livanın nümayəndəsi olaraq Fələstinin təşəbbüsünü dəstəkləyir. “Biz, BMT-nin bir sıra digər üzvləri kimi Fələstinin müstəqilliyini tanıyırıq. Bu, işğal edilmiş dövlətdir. Biz hesab edirik ki, beynəlxalq ictimaiyyət Fələstinə dəstək üçün səylərini birləşdirməlidir.
/Deyerler.Org/