Pakistan prezidenti ölkədə fövqəladə vəziyyyət elan etdikdən sonra xarici səfərə yollanır
Pakistan prezidenti Pərviz Müşərrəf ölkədə fövqəladə vəziyyyət elan etdikdən sonra ilk dəfədir ki, xarici səfərə yollanır. 2 günlük Səudiyyə Ərəbistanına gedən Pərviz Müşərrəf kral Abdalla və ölkənin digər rəsmilərilə görüşəcək, ikitərəfli münasibətləri müzakirə edəcək. Bundan əlavə Pərviz Müşərrəfin Məkkəni də ziyarət edəcəyi planlaşdırılır.
Pakistanın siyasi müşahidəçiləri isə Qərb dövlətlərinin güclü təzyiqlərilə üzləşən Pərviz Müşərrəfin Səudiyyə Ərəbistanına səfərini prezidentin dost ölkədən dəstək almaq cəhdi kimi qiymətləndiriblər. Ehtimal edilir ki, Pərviz Müşərrəf hazırda Səudiyyə Ərəbistanında yaşayan Pakistanın keçmiş baş naziri Nəvaz Şəriflə də görüşəcək. Ekspertlər onların təkbətək görüşünü istisna etsələr də, vasitəçilərin köməyilə əlaqə saxlayacaqlarını düşünürlər.