Sionist İsrail rejiminin hökuməti BMT tərəfindən hazırlanan "Mavi Mərmərə" hesabatını qəbul etdiyini rəsmən bəyan etdi.(
.(dunyabulteni) Yeni Zenlandiyanın keçmiş baş naziri Qeoffrey Palmer tərəfindən hazırlanan hesabatın bəzi hissələri ilə razılaşmasalar da, İsrail rejimi hesabatı qəbul etdiyini açıqlayıb. BMT baş katibi Pan Gi Muna hesabat təqdim olandan sonra verilmiş qərarda deyilir: "Hesabat peşəkarcasına hazırlanıb. Ciddi və əsaslı bir sənəddir".
Cinayətkar sionist hökuməti bir daha bildirib ki, gəmiyə edilən basqında insan tələfatının olmasından məyusdur. "Amma hərbçilərimizin özlərini müdafiə etdikləri vaxt ölən insanlara görə üzr istənilməyəcək. İsrail digər dövlətlər kimi öz vətəndaşlarını və əsgərlərini müdafiə etmək haqqına sahibdir".
/Deyerler.org/