Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Fələstin dövlətinin başçısı Mahmud Abbas və Ərəb Birliyinin baş katibi Nəbil Əl Ərəbi ilə telefonla görüşüb.
SalamNews-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Davutoğluya telefonla zəng edən hər iki səlahiyyətli şəxs Türkiyənin son İsrail siyasəti ilə bağlı dəstəklərini ifadə edib.
Mahmud Abbas ilə Davudoğlu Türkiyənin son İsrail siyasəti ilə bağlı fikirlərini bölüşüb.
Nəbil Əl Ərəbi də yürüdüləcək yeni siyasətlə əlaqədar Türkiyəni təbrik edərək, Davudoğluna dəstək verdiyini bildirib. O, bu dəstək çərçivəsində Ərəb Birliyinin ilk iclasında bu məsələni xüsusi gündəm maddəsi kimi müzakirəyə çıxaracağını deyib.