Suriyada xalq etirazları səngimək bilmir. Liviya diktatoru Müəmmar Qəddafinin süqutunun ardından xalq Suriya prezidenti Bəşər Əsədi nəticə çıxarmağa çağırıb. Ölkənin təhlükəsizlik qüvvələri xalqa yönəldilən vəhşiliyi daha da sərtləşdirib. Hər gün onlarla qurban verən xalq artıq türk ve ərəb qoşunlarının müdaxiləsini istəyir
SalamNews-un ərəb mətbuatına istinadla verdiyi xəbərə görə, dünənki aksiyalarda xalq "türk və ərəb ordusunun təcili müdaxiləsini istəyirik", " türk ordusu hardasan!" şüarları yazılmış plakatlar götürüb. Hüquq müdafiəçiləri Suriyanın müxtəlif şəhərlərində dünən keçirilən aksiyalarda 18 dinc sakinin öldüyünü xəbər verib.