Əl-Vatan” qəzetinin məlumatına görə, Muammar Qəzzafi Əlcəzair hökuməti ilə ona və onun klanına siyasi sığınacaq verilməsi barədə razılaşma imzalamağa çalışıb, - “MigNyus” xəbər verir.
Son günlər ərzində devrilmiş diktator onu axtaran nümayişçilərdən gizlənməyə çalışır. O və onun tərəfdarları Əlcəzair ilə sərhəddə yerləşən Qhadames şəhərinə gəlib və ölkə rəhbərliyi ilə danışıqlar aparmağa çalışıb. Qəzzafi buradan prezident Abdulaziz Buteflikə zəng vurub, lakin o, Qəzzafinin zənglərinə cavab verməyib.
/Deyerler.Org/