POPULYARXƏBƏRLƏR

Zaman və məkanın düzgün seçilməsi

İslamın təməl əsaslarına və ruhuna zidd olmamaq şərtilə təbliğat üçün şəraitin və imkanların nəzərdən keçirilməsi mütləq bir zərurətdir. Qarşı tərəfə müsbət təsir edə bilmək üçün zamanın və yerin mühüm rolu vardır. Məqsədə nail olmaq üçün münasib vaxtın və hər baxımdan əlverişli bir şəraitin seçilməsi, şübhə yoxdur ki, böyük əhəmiyyət kəsb edər. Yerində və vaxtında edilən bir təbliğ daha təsirli və faydalı olduğu halda, yersiz söylənilən bir söz də kin və nifrətə səbəb olur.

Bundan əlavə təbliğ əhli hər şeydən əvvəl yaşadığı zaman və məkanın şərtlərini müəyyən etməli, sonra da bu şərtlərə uyğun plan hazırlayıb tətbiq etməyə başlamalıdır. Yersiz bir çıxış, hər şeyin həmin anda bitməsinə səbəb ola bilər. Bu səbəblə İslamı qəbul edərkən: "Ya Rəsulullah, mənə nə etməyimi əmr edirsən?" - deyə soruşan Əbu Zərə (r.a.) Peyğəmbərimiz belə buyurmuşdur:

"Ey Əbu Zər! Bu hadisəni gizli saxla və məmləkətinə qayıt. Ortaya çıxıb aşkar dəvətə başladığımızı eşitdikdə isə yanıma gəl! " (Buxari, Mənaqib 6).

Aşağıda rəvayət olunan hədisdə də Həzrəti Peyğəmbərin təbliğ və dəvət üçün münasib şəraitə nə qədər ciddi yanaşdığını göstərir. Hz Aişə (r.a.) belə nəql edir:

Rəsulullah (s.ə.s.) bir gün mənə dedi:

"Bilirsənmi, qövmün Kəbəni yenidən inşa edərkən Həzrəti İbrahimin qoyduğu təməllərə tam riayət etməyib nöqsanlı davrandılar?".

Mən ondan: "Bəs Kəbəni Həzrəti İbrahimin qoyduğu təməllər üzərində tikməyəcəksənmi?" – deyə soruşdum.

Bunun cavabında Rəsululah belə buyurdu:

"Qövmün cəhalət dövrünün təsirindən tamamilə qurtarmış olsaydı, bunu mütləq edərdim! " (Buxari, Həcc 42).

Eyni ilə dəvətə mane olanlara qarşı göstəriləcək davranış tərzində də zamanın böyük əhəmiyyəti vardır. Fərvə İbn Museyk (r.a.) nəql edir:

Bir gün Həzrəti Peyğəmbərdən soruşdum:

"Ey Allahın Rəsulu, qövmümdən İslamı qəbul edənlərlə bir yerə yığılıb dinimizdən üz çevirənlərə qarşı mübarizə aparaq?".

Rəsulullah icazə verdi və məni bu sahədə əmir təyin etdi. Lakin daha sonra mən (Mədinədən) çıxanda Həzrəti Peyğəmbər yanındakılardan məni soruşur və ona getdiyim xəbər verildikdə dərhal arxamca adam göndərərək məni geri çağırtdırır. Mən qayıdanda səhabələrinin bir qismi onun yanında idi. Mənə bu təlimatı verdi:

"Qövmünü İslama dəvət et. Onlardan İslamı qəbul edənlərin müsəlmanlığını qəbul et. İnkar edənlərlə vuruşmaqda tələsmə, mən sənə yeni bir əmr göndərincəyə qədər gözlə! " (Tirmizi, Təfsir 34/1).

Əziz Peyğəmbərimiz Məkkə dörvündə hər cür tələskənlikdən və heç bir nəticəsi olmayan həyəcanlı davranışlardan çəkinərək şirkə qarşı mübarizə aparmışdır. Əvvəlcə insanları iman əsaslarını qəbul etməyə çağırmış və beləliklə, hər şeydən öncə sağlam bir əqidə formalaşdırmağa çalışmışdır.

Bundan başqa, müsəlmanların dinə alışdırıldıqları dövrdə də zaman və məkana fikir vermək lazımdır. Əbu Vali belə rəvayət edir:

Abdullah İbn Məsud (r.a.) insanlara cümə axşamı günləri moizə oxuyardı. Bir nəfər ona yaxınlaşaraq, "Ey Əbu Əbdürrəhman! Kaş bizə hər gün moizə oxuyaydın" - deyir. İbn Məsud onlara belə cavab verir:

"Sizi yormamaq üçün hər gün moizə oxumuram. Necə ki, Rəsulullah (s.ə.s.) da bezib usanmayaq deyə, dinləmək istədiyimiz günləri seçərdi" (Buxari, elm, 11-12).

Dinləyənlərin bezməməsi, tələsənlərin isə içlərində hirslənməməsi üçün qısa və konkret danışmağa diqqət edilməli, insanların çox vaxtını alaraq nifrətə səbəb olmamaq lazımdır.

Yenə Əbu Valinin rəvayət etdiyinə görə Əmmar İbn Yasir bir dəfə uzun bir xütbə oxuyur. Xütbəni zövqlə dinləyən müsəlmanlar ona ləqəbi ilə müraciət edərək: "Ey Əbu’l Yəzqan! Çox gözəl danışdın. Xütbəni bir az da uzatsaydın yaxşı olardı" – deyirlər. Əmmar (r.a.) xütbəsini nə üçün daha çox uzatmadığını açıqlayaraq Rəsulullahdan (s.ə.s.) belə eşitdiyini rəvayət edir:

"Bir adamın namazı uzun qıldırıb xütbəni qısa etməsi onun dini yaxşı bildiyini göstərir. Bu səbəbdən namazı uzun qıldırıb xütbəni qısa edin. Çünki elə sözlər vardır ki, sanki insanı sehrləyir" (Muslim, Cümə 47).

İqrimə (r.a.) isə İbn Abbasın (r.a.) belə dediyini rəvayət edir:

"İnsanlara hər cümə günü bir dəfə xütbə oxu! Buna əməl etməsən iki dəfə olsun. Daha çox etmək istəsən üç dəfə olsun. Qətiyyən xalqı Qurandan bezdirmə! Xalq öz məsələləri haqqında danışarkən, sənin gəlib onların sözünü kəsərək başqa bir şey haqqında danışıb onları bezdirdiyini görməyim. Onlar danışarkən sus və dinlə! Onlar sənin yanına gəlib "danış" deyə tələb etdikdə isə, deməli səni dinləmək istəyirlər. O zaman danış. Duada səci (qafiyə) məsələsinə diqqət et və ondan qaçmağa çalış. Çünki mən Rəsulullah (s.ə.s.) və səhabələrin dövründə yaşamışam. Onlar duada səci etmir, əksinə bundan yayınırdılar" (Buxari, Dəavat 20).

Rəsulullah zaman və məkana uyğun şəkildə təbliğ etmək prinsipinə son dərəcə əhəmiyyət verirdi. Bəzən bir sual verildikdə bununla bağlı açıqlama vermiş, mühüm bir şey demək istədikdə əvvəlcə ətrafındakı adamları dinləməyə hazırlamış, sonra isə demək istədiklərini onlara çatdırmışdır. Beləcə, təbliğ etdiyi prinsipləri qulaqardına vurulan və eşidildikdən sonra unudulan adi bir söz kimi deyil, hətta illər sonra yad edilən, qiyamətə qədər qalan qiymətli biliklər və unudulmayan xoş xatirələr kimi ümmətinə əmanət etmişdir.

Göründüyü kimi, təbliğin hədəfinə çata bilməsi üçün zaman və məkan ünsürünün böyük əhəmiyyəti vardır. Bu mənada, təbliğ əhli vəzifəsini lazımınca yerinə yetirə bilmək üçün daima ən münasib zaman və məkanı seçmək məcburiyyətindədir.

Abbas QURBANOV ([email protected])

 



Yerləşdirilib:20 Noyabr, 2007  23:37, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com