Oxucu sual verir: “Əmali” kitabı nə deməkdir?
Əmali ərəb dilində “imla” sözünün cəmidir. Keçmişdə hədislər ya şifahi, ya da yazılı şəkildə ötürülürdü. Yazılı şəkildə hədis ötürülməsinin ən geniş yayılmış formalarından biri imla idi. Məşhur hədis alimləri məclis təşkil edir və bu məclisə onlarla, hətta yüzlərlə katib (yazan) qatılırdı. Alim hədisləri sənədi ilə birlikdə söyləməyə (diktə etməyə) başlayır, katiblər də onun dediklərini qələmə alırdılar. Bir neçə məclisdə diktə edilən hədisləri “əmali” adlı kitabda birləşdirirdilər. Əmali məclislərində söylənilən hədislər bəzən bir, bəzən də fərqli mövzuları əhatə edirdi. Şeyx Səduq, Şeyx Müfid, Seyyid Mürtəza və Şeyx Tusinin “Əmali” kitabları daha məşhurdur.