Bir sıra Qərb ölkələrinin, o cümlədən Fransa və İtaliyanın diktator Muammar Qəzzafi rejiminə qarşı nümayişçiləri dəstəkləməsi barədə yeni məlumatlar yayılmaqdadır, - “MigNyus” xəbər verir.
Fransanın “Liberation” qəzeti Liviya nümayişçilərinin Qətər hakimiyyətinə ünvanladığı məktubu dərc edib. Aprelin 3-nə aid olan məktubda nümayişçilər onları dəstəkləyəcəyi təqdirdə ölkədə çıxarılan neft xammalının 35%-ni Fransaya verəcəyi iddia olunur.
Neft sahəsinin analitikləri bildirir ki, Qəzzafinin devrilməsindən ən çox "Total" (Fransa) və "Eni" (İtaliya) neft şirkətləri xeyir götürür. Buna səbəb həmin ölkələrin Liviya nümayişçilərinə dəstək verməsidir.
Fransa XİN-dən bildirilib ki, onlarda bu məktub barədə məlumat yoxdur. Milli Keçid Şurası isə bu məlumatı şərh etməkdən imtina edib.