Prezident İlham Əliyev sentyabrın 1-də Vatikanın Azərbaycandakı nunsisi Klaudio Qucerottini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
APA-nın məlumatına görə, K. Qucerotti ölkəmizdəki on illik fəaliyyəti dövründə Azərbaycanda sürətli inkişaf proseslərinin şahidi olduğunu deyib.
Dövlət başçısı Azərbaycanla Vatikan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Vatikanın ölkəmizdəki nunsisi Klaudio Qucerottinin əlaqələrimizin inkişafındakı xidmətlərini qeyd edən prezident gələcək fəaliyyətində ona uğurlar arzulayıb.