POPULYARXƏBƏRLƏR

Azərbaycanlılar 1200 Somali ailəsinə yardım göstərəcək

İƏT GF-nin “Somali uşaqlarına xilas əli uzat” beynəlxalq xeyriyyə kampaniyası Azərbaycandakı fəaliyyətlərini tamamladı...

Azərbaycanlılar  1200 Somali ailəsinə yardım göstərəcək
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF) Avrasiya Regional Mərkəzindən verilən xəbərə görə “Somali uşaqlarına xilas əlini uzat” beynəlxalq xeyriyyə kampaniyasının yekunları üzrə Azərbaycanda 72 min ABŞ dolları həcmində maliyyə vəsaiti toplanmışdır.

Ramazan bayramından sonra yığılan vəsaitlər hesabına alınacaq ərzaqlar, İKGF-nin Somaliyə yola düşəcək nümayəndələri vasitəsilə həmin ölkədə humanitar fəlakətlə üzləşən adamlara çatdırılacaqdır.

İKGF Baş Katibi, səfir Elşad İsgəndərov bu kampaniyaya göstərdiyi dəstəyə görə Azərbaycan vətəndaşlarına, aksiyanın işıqlandırılması işində fəal iştirakına görə KİV-lərə öz dərin təşəkkürünü bildirmiş, kampaniyanın baş tutmasını milli xeyriyyəçilik ənənələrimizin yaşamasının simvolu olduğunu qeyd etmişdir.

“Kampaniya elan edilən gündən etibarən yüzlərlə vətəndaş İKGF ofisinə gələrək nağd şəklində, yaxud də bank köçürmələri vasitəsilə bu kampaniyaya qoşulmuşlar. Belə xeyirxah aksiyalar Azərbaycanın qisa bir müddət ərzində vaxtilə başqalarından yardım qəbul edən ölkədən, hazırda dünyanın ucqar nöqtələrinə belə donorluq edən ölkəyə çevrildiyini nümayiş etdirir. Ölkəmizin , vətəndaşımızın zənginləşməsi ilə yanaşı bu nəticələr Hacı Zeynəlabdin ruhu, başqasına əl tutumaq şövqü, sadəcə öz dar maraqlarını deyil, bütün insaniyyəti düşünmək zehniyyətinin insanlarımızda yaşadıgını sübut edir” – deyə E. İskəndərov əlavə etmişdir.

10 iş günü müddətində davam edən kampaniyanın bütün təşkilati və cari işləri, alınacaq ərzaqların Somaliyə çatdırılması, nümayəndələrin getməsi zamanı baş verən bütün xərclər İKGF-nin öz hesabına ödənilir. Bu baxımdan kampaniya zamanı toplanmış bütün vəsait tam həcmdə Somalidə aclıq çəkənlərin ərzaqları üçün xərclənəcəkdir. Eyni zamanda Somaliyə yardım üzrə kampaniya çərçivəsində İKGF tərəfindən xeyriyyə iftarları təşkil olunmuşdur. Kampaniya çərçivəsində kampaniyaya dəstək olmaq məqsədilə İKGF İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Bakıda akkreditə olunmuş səfirlik nümayəndələrinə, daha sonra İslam Konfransi Gənc İş Adamları Şəbəkəsi (İKGİAŞ) Azərbaycan Milli Komitəsi Üzvlərinə və yardım göstərmək istəyən vətəndaşlar üçün açıq şəkildə xeyriyyə iftarı təşkil etmişdir.

Bir neçə ictimai təşkilat kampaniyaya qoşularaq müstəqil surətdə maliyyə vəsaiti toplayıb, sonda kampaniyanın bank hesabına köçürmüşlər.

İKGF öz ianələrini bu kampaniyaya bəxş etmiş bütün Azərbaycan vətəndaşlarına dərin təşəkkür edir, aşağıdakı siyahıda, kampanıya zamanı aktivlik göstərmiş və ən çox ianə ayırmiş qurum və şəxslərəin adlarını xüsusi qeyd edir:
1. Xarici missiyalar arasında - Bakıdakı Səudiyyə Ərəbistanı səfirliyi
2. Şirkətlər – “Azərmaya” MMC, “Bakı 21-ci əsr” MMC, “Kaspident”
3. İcmalar - “Məşədi Dadaş” məscidi, “Sədərək” TM məscidi, “İrfan” dini icmaları
4. İctimai Birliklər - “Miras” və “Mənəvi Saflıq” İB-ləri
5. Vətəndaşlar – Camal İbrahimov, Vahid Qasımov, Natiq Qasımov, Rauf, Nəzakət Şirinova, Mürşid Bağırov, Çingiz Novruzov, Azər Hüseynov, Ceyhun Mustafayev və adlarını qeyd etmədən vəsait köçürmüş bütün digər şəxslər və qurumlar.

Qeyd edək ki, İKGF Somalidə aclıq çəkən hər ailənin bir aylıq ərzaq ehtiyaclarını ödəyə biləcək ərzaq paketlərini, biri 60 ABŞ dolları olmaqla hazırlamağı və Azərbaycanda toplanmış vəsaitin 1200-dən artıq ailənin (beş min nəfərdən artıq şəxsin) bir aylıq qidasını təmin etməsi planlaşdırır. İKGF yardımın ünvana çatdırılması ilə əlaqədar olaraq mətbuatda geniş açıqlama verməyi də nəzərdə tutur.



Yerləşdirilib:31 Avqust, 2011  18:21, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com