ABŞ prezidenti Barak Obama Ramazan bayramı münasibətilə müsəlman xalqlarını təbrik edib
SalamNews qərb mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti müraciətində ərəb dünyasında repressiya rejimlərinə qarşı azadlıq hərəkatlarına dəstəyini bir daha xatırladaraq bildirib: “Bu il bir çoxları əsas ehtiyacları və fundamental azadlıqlarının təmininə nail olmaq üçün şücaət, dözüm nümayiş etdirdi. Birləşmiş Ştatlar onların tərəfində olmaqda davam edəcək, hər kəsin şərəf və hüquqlarının müdafiəsi üçün israr göstərəcək”.
Barak və Mişel Obamanın müsəlmanlara təbriki ərəbcə “Eyd Mübarək” (“Bayramınız mübarək”) sözləri ilə tamamlanıb.