İranın "Siasatema" informasiya saytının yaydığı məlumata görə, İranın xarici işlər naziri Əli Əkbər Salehi telefon danışığı zamanı Liviya Milli Keçid Şurasının (MKŞ) lideri Mustafa Əbdel Cəlili qələbə münasibəti ilə təbrik edib. O, yaxın zamanlarda iki ölkə arasında münasibətlərin daha da yaxınlaşacağına inamını bildirib.
SalamNews xəbər verir ki, qeyd olunan danışıq zamanı Mustafa Əbdel Cəlili Liviya xalqının çətin anlarında İranın göstərdiyi humanitar yardıma görə təşəkkür edib və Ayətolla Xomeneiyə xüsusi salamlarını göndərib.
İran saytının məlumatına görə, Mustafa Əbdel Cəlili İranlı naziri Liviyaya, Əli Əkbər Salehi isə Liviya MKŞ-nin liderini Tehrana rəsmi səfərə dəvət edib.